Gözden kaçırmayın

Tüm Öğretmenlerimizin Günü Kutlu OlsunTüm Öğretmenlerimizin Günü Kutlu Olsun

Türkiyənin Kayseri şəhərinin İcra hakimiyyətinin başçısı Gökmen Çiçək bu bölgədə təhsil alan şagirdlərə maraqlı jest edib. Belə ki, onun ideasıyla "Hər ev bir məktəbdir" layihəsinə start verilib.Layihə çərçivəsində Kaysəri şəhərin müxtəlif ərazilərində təhsil alan şagirdlərə çalışma masaları və kitab rəfləri paylanılmasına qərar verilib.Manera.az bildirir ki, Kayseri İcra Hakimiyyəti layihənin icrasına əvvəlcə regional təhsil idarələri ilə əməkdaşlıq çərçivəsində kitab rəfinə, masaya ehtiyacı olan şagirdlərin siyahısı müəyyən olunması ilə başlayıb. Sonra şəhərin xeyriyyəçi insanları və mebel istehsalçıları da layihəyə cəlb edilib.Kayseri şəhərinin İcra hakimiyyətinin başçısı Gökmen Çiçək Manera.az-a açıqlamasında deyib: “Cəmi iki həftə əvvəl elan etdiyimiz və ictimaiyyətlə paylaşdığımız “Hər ev bir məktəb” layihəmizdə “Kayseridə evində çalışma masası və kitab rəfi olmayan şagird qalmayacaq” şüarını seçdik. Çalışmalara başladıq. İstehsal sürətlə davam edir. 14 gün ərzində mebelləri təslim edəcəyik. Biz istəyirik ki, şagirdlərin evlərində özlərinə aid hiss etdikləri bir güşə olsun. Onlar Türkiyənin gələcəyi və bizim üçün çox dəyərlidirlər. Təki, bu mebellər onların daha rahat çalışmalarına vasitə olsun."Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsədi evlərində çalışma masası, kitab rəfi olmayan şagirdləri sevindirmək, dərslərini rahat çalışmalarına şərait yaratmaqdır.Şəhla Aslan,Ankara